Yol Polisi Bakıdakı tıxaclarla bağlı sürücülərə müraciət etdi
13-10-2018, 17:25
Oxunub: 3 038
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində dayanma-durma qaydalarını pozaraq tıxaclara səbəb olan sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, vətəndaşlar tərəfindən paytaxt ərazisində dayanma-durma qaydalarını pozan sürücülər və onların hərəkətin intensivliyinə yaratdıqları maneələr barədə çoxsaylı müraciətlər daxil olduqdan idarə əməkdaşları tərəfindən müraciətlərin yerindəcə araşdırılması məqsədi ilə bəzi küçə və prospektlərdə müşahidələr aparılıb.
Məlum olub ki, Bakının İsmayıl bəy Qutqaşınlı, Bəxtiyar Vahabzadə (xüsusən Bakı Dövlət Universiteninin qarşısı), Şərifzadə küçələrində, eləcə də Qara Qarayev prospektlərində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur.
Müşahidələrin aparıldığı Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində hərəkət ikitərəfli olsa da faktiki cəmi bir zolaq işləyir. Çünki buradakı müxtəlif şirkətlər, tibb müəssisələri və digər obyektlərin qarşısı dayanacaq kimi istifadə olunur. Avtomobillər isə səkiyə paralel yox, perpendikulyar park edildiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır.
Ərazidə Yanğından Mühafizə Briqadası da yerləşir. Həmin qurumdan DYP-yə daxil olan müraciətdə küçədə qanunsuz park edilən avtomobillərə görə yanğınsöndürən avtomobillərinin normal hərəkətinin mümkünsüzlüyü qeyd olunur.
Nizami rayonu Qara Qarayev prospektində aparılan araşdırmalar zamanı isə məlum olub ki, gün ərzində həmin prospekt boyunca 600-dən artıq avtobus hərəkət edir. Həmin avtobusların hərəkət trayektoriyası araşdırılan zaman əksəriyyətinin eyni marşrut üzrə sərnişin daşımaqla məşğul olduğu məlum olub. Avtobuslar ayrı-ayrı şirkətlərə məxsus olduğundan hər şirkət ayrı-ayrılıqda interval planlaşdırır və nəticədə bəzən eyni vaxtda dayanacağa 5 avtobus daxil olur. Həmin dayanacaqlarda minik avtomobilləri park edildiyindən avtobuslar yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib-düşürürlər. Bu isə sərnişindaşıma sahəsində ciddi təhlükələr yaradır.
Belə hallar Yasamal rayonu Şərifzadə, Bəxtiyar Vahabzadə, eləcə də paytaxtın əksər küçə və prospektlərində də müşahidə olunmaqdadır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda nizam-intizamlı olmağa, dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə