Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək
14-10-2018, 10:33
Oxunub: 3 374
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
“Report” xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Malta yığmasını qəbul edəcək.
Ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü heç-heçə ilə nəticələnib – 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində yol verdiyi qayda pozuntusundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi isə bərabərlik qolunu 26-cı dəqiqədə rəqib qapısından keçirib. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib.
Malta hələlik yalnız Azərbaycan millisindən xal ala bilib. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran “cırtdanlar”, ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub – 1:3.
İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.
Q.Qurbanov sərəncamında olan bütün futbolçulardan istifadə edə bilər. Rəqib düşərgədə isə heyətlə bağlı əsas problem Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudun cəzalı duruma düşməsidir. Baş məşqçi Rey Farruciyanın 37 yaşlı forvardın yerinə hücumda Alfred Effionq və ya Jan-Pol Farruciyaya şans verəcəyi gözlənilir.
Baş məşqçi müdafiəçilər – zədəsini sağaldan Rayab Kamillerinin və cəzası başa çatan Jozef Zerafanın da xidmətindən yararlana biləcək.
Qeyd edək ki, qrupun digər oyununda Farer adaları Kosovonu qəbul edəcək. Üç turdan sonra Kosovonun 7, Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.
UEFA Millətlər Liqası
D liqası, III qrup
IV tur
20:00. Azərbaycan – Malta
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Dördüncü hakim: Qoran Pataqi
Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (hakimlər briqadası Xorvatiyadandır)
Bakı Olimpiya Stadionu
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər