BolgeXeber.Com » Xəbərlər » “Dönərxanaların təqdim etdiyi sertifikatların hamısı saxtadır”

“Dönərxanaların təqdim etdiyi sertifikatların hamısı saxtadır”

14-10-2018, 10:38
Oxunub: 2 084 “Dönərxanaların təqdim etdiyi sertifikatların hamısı saxtadır”“Gənclərimizə həm də məsləhət görürəm ki, dönəri “Coca-Cola” ilə də qəbul etməsinlər”

Sumqayıt Musiqi Kollecinin tələbələri-16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.
Dəfələrlə bu məsələ toxunduqlarını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında müvafiq dövlət qurumlarının Bakıda və digər şəhərlərimizdə zərərli dönər ətlərinin satılmasına şərait yaratdıqlarını bildirdi:
“Televiziyada ekranlarında və kütləvi informasiya vasitələrində “Coca-Cola”nı reklam edərək bildirirlər ki, bunun dönərlə içilməsi məsləhətdir. Hər ikisi təhlükəli qidadır və həm “Coca-Cola”nın, həm də dönərin satışı məktəb bufetlərində qadağan olunub. Bunlar isə ikisi birləşib bir-birilərinin tayını tapıblar. Bakıda on beş min dönərxana var və 2006-cı ildən toyuq dönərlərinin satışı qadağan olunub. Lakin biz monitorinq apararaq aşkar etmişik ki, bu toyuq dönərlərinin səksən beş faizi satılır. Məsələylə bağlı Səhiyyə Nazirliyinə müraciət edərək bildirimişik ki, bu dönərxanalar yəqin ki, həkimlərin dolanmaq yeridir. Nazirlik isə cavabında bildirib ki, toyuq dönərlərinin satışdan yığışdırılması hələ ki, məsləhət görülmür.
Dönərlərin insanları zəhərləyən və onlarda xəstəlik yaradan ilginc cəhədi budur ki, dönər bişəndə onun çöl tərəfi qızarır, amma içinə istilik keçmir. Dönərin iç tərəfinə istilik keçdikcə ordan qan mayesi axır və qızardılmış ətlə qarışır. Həmin qan mayesi bütün heyvan xəstəliklərini özüylə gətirir və bu şəkildə də insanlarımız o dönərləri alıb yeyirlər. Bunun qarşısını almaq üçün dönərlərin standart hazırlanmasına riayət etmək lazımdır. Dönər əti şişə taxıldıqdan sonra minus qırx dərəcə şok dondurmadan keçirilməlidir ki, tərkibində olan mikroblar məhv edilsin. Lakin on beş min dönərxanadan cəmi 100-ə yaxını bu şəkildə dönər hazırlayır. İndi özünüz şahidi olun ki, nə qədər sahibkarlarımız insanlarımızı zəhərləyən bizneslə məşğul olur. Buna görə bizim gəclərimiz də belə dönərləri yeyərək zəhərlənirlər. Gənclərimizə həm də məsləhət görürəm ki, dönəri “Coca-Cola” ilə də qəbul etməsinlər. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi həm sizin, həm də bizim dönərlərlə bağlı apardığımız maarifçilik işlərindən narahatdır. Dönərxanaların təqdim etdiyi sertifikatların da hamısı saxtadır”.