BolgeXeber.Com » İdman » Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub

15-10-2018, 12:16
Oxunub: 3 777 Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olubAzərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub.

Bolgexeber.com xəbər verir ki, Çexiyanın Astrava şəhərində təşkil olunan kombat cui-citsu idman növü üzrə dünya çempionatında 84 kiloqram çəki dərəcəsində çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Fərid Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb.

O deyib: “Bu qələbə təkcə mənim deyil, bütün Azərbaycan polisinin uğurudur. Ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmançıların yanında olur, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Biz idmançılar da bu qayğının müqabiləndə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməliyik.

Görüşlərim gərgin idman mübarizəsi şəraitində keçdiyini qeyd edən idmançı kifayət qədər güclü rəqiblərə qarşı mübarizə apardığını söyləyib. “Çexiyaya çempionluq üçün getmişdim. Çox sevinirəm ki, istəyimə nail oldum və yeddiqat dünya çempionu adına yiyələndim”, - deyə F.Mayılov əlavə edib.
Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub