BolgeXeber.Com » Müsahibə-Reportaj » Siyavuş Novruzov: Heç kimin qəbrində qeyri-adilik olmayacaq

Siyavuş Novruzov: Heç kimin qəbrində qeyri-adilik olmayacaq

15-10-2018, 16:50
Oxunub: 3 815 Siyavuş Novruzov: Heç kimin qəbrində qeyri-adilik olmayacaqHələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, yas mərasimləri elə təşkil edilməlidir ki, bir-birindən fərqlənməsin:

“Nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı layihə hazırlanır. Layihənin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq, hər kəsin eyni səviyyədə və formada basdırılması təmin ediləcək. Daha heç kimin qəbrində qeyri-adilik olmayacaq, çəpərləmələr olmayacaq. Bütün bunlar dində buyurulmayıb”.

Siyavuş Novruzov qeyd edib ki, hələ də bəzi yas mərasimlərində fərqli yeməklərin verilməsi halları qalıb:

“Cəmiyyəti inandırmalıyıq ki, bu kimi hallar İslamda yoxdur. Odur ki, mərasimlərin daha sadə keçirilməsini təmin etməliyik. Müasir dövrdə milli adət-ənənələr qanunlarla tənzimlənməlidir. Hər şey qəbul edilən qaydalar çərçivəsində olmalıdır”.