BolgeXeber.Com » Xəbərlər » Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb
Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb
15-10-2018, 19:00
Oxunub: 1 545
Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilməsi iddia edilir
Bolgexeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.
“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”, - Müdafiə Nazirliyindən vurğulanıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər