BolgeXeber.Com » Dünya » Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi

Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi

16-10-2018, 12:30
Oxunub: 2 567 Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdiXəbər verdiyimiz kimi, rusiyalı çempion Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı Konor Makqreqor onunla revanşa çıxmaq istəyir.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, UFC-nin yüngül çəki dərəcəsində dünya çempionu olan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov isə Makqreqorla revanş döyüşündən imtina edib.

İrlandiyalı tərəfi Nurməhəmmədov üçün 15 milyon dollar təklif edib. Amma Həbib yenə Konorla görüşmək təklifindən imtina edib.

"Makqreqor Həbib üçün maraqsızdır. Həbib onunla pul müqabilində döyüşməyəcək. Makqreqorun komandası revanş istəyir. Onlar döyüş üçün 15 milyon təklif ediblər. Ancaq Həbib razılaşmayıb. Konor öz növbəsində başqa döyüşçülər ilə vuruşacaq. Nurməhəmmədov Toni Ferqyusonla döyüşündən sonra karyerasını başa vurmaq istəyir", - deyə "İdman-Ekspress" saytı Həbibin əmisi Aleks Nurməhəmmədovun sözlərinə istinad edib.

Xatırladaq ki, Nurməhəmmədov Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.