BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

16-10-2018, 12:48
Oxunub: 1 482 Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb2018-ci il oktyabr ayının 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.