BolgeXeber.Com » Gündəm » Sahibkara milyonlarla ziyan vuran deputatdan Milli Məclis sədrinə müraciət – MƏKTUB
Sahibkara milyonlarla ziyan vuran deputatdan Milli Məclis sədrinə müraciət – MƏKTUB
12-11-2018, 19:53
Oxunub: 4 436
Bolge TV (internet tv) və Bolgexeber.com saytının rəhbəri Vasif Turan Şəmkir rayon sakini, sahibkar Aslan Əliyevlə bağlı Milli Məclisin sədri Oqtay Əəsədova müraciət edib
Baş redaktorun Spikerə müraciətdə göstəriliri ki, deputat Əsabil Qasımov sahibkar Aslan Əliyevə külli miqdarda ziyan vurub və sənədlər də bunu sübut edir. Lakin məsələ ilə bağlı qarşı tərəf kimi Ə.Qasımovdan heç bir münasibət öyrənə bilmirik:
“Dövlət başçısı cənab İlham Əliyev sahibkarlar üçün münbit şəraitin yaradılması, qanun çərçivəsində onların hüquqlarınınm qorunması kimi ümdə məsələləri əsas prioritet kimi daim ortaya qoymuşdur. Biz mətbuat işçiləri də obyektivliyi gözləmək şərtilə sahibkarların müraciətlərini işıqlandırmağı özümüzə borc bilirik.
Xatırladırıq ki, Şəmkir rayon sakini, sahibkar Aslan Əliyev uzun illərdir ki, deputat Əsabil Qasımov və qardaşı Vüqar Qasımov tərəfindən qanunsuz olaraq incidilir. Hər iki tərəf arasında uzun müddətdir ki, məhkəmə çəkişmələri davam edir. A.Əliyevin mülkü əlindən alınıb, digər tərəfdən ona külli miqdarda maddi ziyan vurub. Ə.Qasımov öz imzası ilə təsdiq etdiyi sənədlərdən imtina edərək məhkəmə qərarlarını pozur, səlahiyyətlərindən istifadə edərək sahibkar A.Əliyevi və onun övladını şərləyir. Ə.Qasımov qanunsuz olaraq sahibkarın adına qeydiyyatda olmayan, lakin sahibkarın özünə məxsus əmlaklara da həbs qoydura bilib. Sonradan məhkəmə bunları əsasszı sayıb. Ə.Qasımovun sahibkara qarşı etdiyi qanunsuz əməllərlə bağlı əlimizdə kifayət qədər ciddi sənədlər var və ona görə də sizə müraciət etmək məcburiyyətində qaldıq. Hər iki tərəf arasındakı problemin mahiyyətini uzun –uzadı Sizə yazmaqla vatınızı almaq istəmirik.
Sizə müraciət etməyimizin səbəbi odur ki, sahibkar A.Əliyevin redaksiyamıza ünvanladığı şikayəti araşdırmaq üçün biz deputat Ə.Qasımovla əlaqə saxlaya bilmirik. Ə.Qasımov bununla bağlı sorğularımıza, suallarımıza, məktublarımıza və telefon zənglərimizə cavab vermir. Hətta Ə.Qasımovun köməkçisi belə suallarımıza cavab vermir, zənglərimizi cavabsız qoyur.
Sizdən xahiş edirik ki, Milli Məclisin sədri olaraq deputat Ə.Qasımovun redaksiyamızla təmasını, suallarımıza cavab verməsini təmin edəsiniz. Çünki biz onunla əlaqə saxlaya bilmirik, ona edilən bütün çıxışlar da cavabsız qalır.
Peşə fəaliyyətimizə uyğun olaraq qarşı tərəf kimi Ə.Qasımovun mövqeyini öyrənmək bizim üçün olduqca vacibdir”.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər