BolgeXeber.Com » Bölgə » Müstəqillik Günü ərəfəsində Tərtərin daha 4 kəndinə təbii qaz verildi - FOTO
Müstəqillik Günü ərəfəsində Tərtərin daha 4 kəndinə təbii qaz verildi - FOTO
16-10-2018, 15:41
Oxunub: 3 673
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Tərtər rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir
18 oktyabr Müstəqillik günü ərəfəsində rayonun daha 4 kəndinə-Alışarlı, Aşağı Qapanlı, Hacallı və Soyulan kəndlərinə yeni çəkilmiş qaz xətləri istismara verildi.
Bolgexeber.comxəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qeyd olunub ki, 296 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 984 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik edib. Son illər ölkənin hər yerində təbii qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, təbii qaz almayan yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması insanların məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Rayon rəhbəri rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən də danışaraq, qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən artıq 47-si təbii qazla təmin olunub. Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərində də qaz çəkilişi işləri başa çatıb. Yaxın günlərdə həmin kəndlərə də mavi yanacaq veriləcək. Bununla da Tərtər rayonunun qazlaşması 100 faiz olacaqdır.
Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Kənd sakinlərindən Əşrəf Sadıqov, Əsginaz Məmmədova, Zəfər Nəsirov regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq, kəndlərinin təbii
qazla təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və sonra Soyulan kənd sakini Zəfər Nəsirovun, Hacallı kənd sakini Mayıl Ələkbərovun, Alışarlı kənd sakini Elçin İsayevin və Aşağı Qapanlı kənd sakini Araz Hüseynovun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər