BolgeXeber.Com » Xəbərlər » Etimad Əsədov dəfn edildi – Foto/Video

Etimad Əsədov dəfn edildi – Foto/Video

16-10-2018, 16:30
Oxunub: 2 215 Etimad Əsədov dəfn edildi – Foto/VideoBu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Qazilər.az-a onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-84-cü illərdə həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Ali təhsilli idi.

***

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Etimad Əsədovun cənazəsinin bu gün saat 14:00-da yaşadığı evdən (Yeni Günəşli qəsəbəsində, həyət evlərinə gedən yolda) götürüləcəyini bildirib.

Allah rəhmət eləsin!

***

Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov “Fatmayı” qəbiristanlığında torpağa tapşırılıb.

Etimad Əsədov dəfn edildi – Foto/Video
Etimad Əsədov dəfn edildi – Foto/Video
Etimad Əsədov dəfn edildi – Foto/Video
Etimad Əsədov dəfn edildi – Foto/Video
Etimad Əsədov dəfn edildi – Foto/Video