Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olundu
16-10-2018, 17:07
Oxunub: 2 076
Azərbaycanda bağça müdiri, müdirin müavini və bağçanın işçisi barəsində cinayət işi başlanılıb.
Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Həmin şəxslərdən - Aləmzar Əliyeva barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məlumata görə, T.Bağırova və müdir müavini A. Əliyeva "Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.
T.Bağırova və A. Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.
Cinayət işində 19 zərərçəkmiş var.
Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin hazırlıq iclası hakim Novruz Kərimovun sədrliyi ilə oktyabrın 22-də başlayacaq.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər