BolgeXeber.Com » Müsahibə-Reportaj » Aqil Abbas: “Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır”

Aqil Abbas: “Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır”

16-10-2018, 18:27
Oxunub: 4 069 Aqil Abbas: “Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır”“Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır. Həmin dərsliklər mənasız şeir və nağıl yığımıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, niyə valideynlər uşaqlarını rus dili bölməsinə qoyurlar? Çünki orada belə şeylər yoxdur”.