BolgeXeber.Com » Xəbərlər » Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

17-10-2018, 09:42
Oxunub: 2 410 Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olubBadamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib.

Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.