Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
17-10-2018, 10:31
Oxunub: 2 183
"Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Üteybinin müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsinin araşdırılması fonunda ölkəni tərk etməsinə mane ola bilməyib. Diplomatların toxunulmazlıq hüququ var, onlar Vyana konvensiyasının müdafiəsi altındadırlar və onun gedişinə mane olmaq olmazdı”.
Bolgexeber.com "RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirib.
Ömər Çelik qeyd edib ki, Türkiyə hökuməti məsələnin araşdırılmasını boş buraxmaq niyyətində deyil: "Türkiyə hüquqi dövlətdir. Biz baş konsulluğa baxış keçirmək üçün icazə istədik, bizə dərhal razılıq verilmədi, sonra biz onu aldıq. Biz istintaqın gedişatını yüksək həssaslıqla izləyirik. Hazırda müxtəlif ehtimallar ortaya çıxır, lakin belə vacib bir məsələdə araşdırmaların dünya ictimaiyyəti üçün açıqlanacaq nəticələri olmadan, bir kəlmə artıq söz demək olmaz".
Qeyd edək ki, baş konsul Əl-Uteybi Qaşıqçı işi ilə bağlı qalmaqal fonunda Türkiyəni tərk edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər