BolgeXeber.Com » Xəbərlər » "Yarışa çıxan" BakuBus-un 3 avtobusu TOQQUŞDU - VİDEO

"Yarışa çıxan" BakuBus-un 3 avtobusu TOQQUŞDU - VİDEO

17-10-2018, 10:38
Oxunub: 1 497 "Yarışa çıxan" BakuBus-un 3 avtobusu TOQQUŞDU - VİDEOGecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Bolgexeber.com xəbər verir ki, hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub. Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan "Mercedes” markalı minik maşınına dəyib. Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.