loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Yumurta qıtlığına nə səbəb olub?

Yumurta qıtlığına nə səbəb olub?Bir həftədir Azərbaycanda, xüsusilə də Bakı şəhərində quş yumurtası qıtlığı yaşanır

Yumurtanın bazarlarda azalması ilə onun qiyməti də qaldırılaraq 20 qəpiyə çatıb.

Əhalinin geniş narazılığı ilə müşayiət olunan bu prosesi quşçular yumurtaya tələbatın kəskin artımı ilə izah edirlər.

Damazlıq yumurta istehsalı ilə məşğul olan iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli quş yumurtası qıtlığının yaranmasının bir neçə amillə bağlı olduğu qənaətindədir: “Birinci amil adətən payız aylarında yumurtaya tələbatın artmasıdır. Məktəblərin açılması ilə bu tələbat daha da çoxalır. Digər amil isə xaricə ixracla bağlıdır. Bildiyiniz kimi, ötən ildən başlayaraq biz xaricə süfrə yumurtası ixrac edirik. Bu il ixrac daha da çoxalıb”.

İş adamı deyir ki, yumurta qıtlığı yaxın on gün ərzində aradan qalxacaq: “Mən istehsalçılarla söhbət etmişəm, tezliklə bazara yetərincə yumurta təmin ediləcək. Deyim ki, qiymət artımı istehsalçılardan gəlməyib. Onlar yumurtanın birini 13-14 qəpiyə satırlar. Mağazalar məhsulun azlığından istifadə edərək qiyməti qaldırıblar”.

Onu da qeyd edək ki, iyun ayında Nazirlər Kabineti yumurtanı ixrac təşviqi tətbiq olunan məhsullar sırasına daxil edib. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Bu əmsal quş yumurtası üçün 1,5-dir. Bu o deməkdir ki, quş yumurtasını ixrac edənlərə dövlət tərəfindən gömrük dəyərinin 4,5 faizi həcmində pul verilir.
“Yeni Müsavat”
Bölmə: Analitika | 17 oktyabr 2018 12:30 | Baxış sayı: 61





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: