BolgeXeber.Com » Şou-Biznes » "Gedib torpaqda iş görəcəm, taksi sürəcəm" — İzzət əsəbiləşdi

"Gedib torpaqda iş görəcəm, taksi sürəcəm" — İzzət əsəbiləşdi

18-10-2018, 09:50
Oxunub: 3 547 "Gedib torpaqda iş görəcəm, taksi sürəcəm" — İzzət əsəbiləşdiMüğənni İzzət Bağırov həmkarlarına əsəbiləşib

Bolgexeber.com-un Axşam.az-a istinadən verdiyi məlumatına görə, sənətçi "Ən yaxşısı" verilişində ifaçıların dediyi "Toy olmasa, batarıq" sözlərini tənqid edib:
"Müğənninin batarıq deməsi nə deməkdir? Niyə batıram? Kişi deyilik? Əlimiz-qolumuz yerində deyil? Zəhmətim yoxdur? Batarıq nə deməkdir?
Gedib torpaqda iş görəcəm, taksi sürəcəm, mal-qara saxlayacam. "Batarıq" söhbətini müğənnilər efirdə deyirlər. Bunu yığışdırmaq lazımdır. Düzdür, toya gedirik, oxuyuruq pul qazanırıq. Amma birdən səsimiz batdı, öləcəyik acından?".