BolgeXeber.Com » Bölgə » İmişlinin icra bаşçısı hesabat verdi

İmişlinin icra bаşçısı hesabat verdi

18-10-2018, 15:49
Oxunub: 3 595 İmişlinin icra bаşçısı hesabat verdiAparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 2,6 faiz təşkil edib

İmişli rаyоnu İcrа Hаkimiyyətinin 2018-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında rаyоn İcrа Hаkimiyyətinin bаşçısı
cənаb V.F.Hacıyevin


H E S A B A T M Ə R U Z Ə S İ

Hörmətli yığıncаq iştirаkçılаrı!
09 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Doqquz ayın nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilmiş, ölkəmiz güclənmiş və hərtərəfli inkişaf etmişdir.
Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 2,6 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 10,8 faiz, kənd təsərrüfatında 4,3 faiz, xarici ticarətdə 37 faiz artıma nail olunub.
2018-ci ilin doqquz ayında İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 337.400.000 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 156.370.300 manatı və ya 46,4 faizi sənaye, 89.355.900 manatı və ya 26,5 faizi kənd təsərrüfаtı, 23.129.800 mаnаtı və ya 6,8 faizi tikinti, 61.009.600 mаnаtı və 18,1 faizi ticаrət və iаşə, 7.095.500 mаnаtı və ya 2.1 faizi nəqliyyat, 438.900 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir.
2018-ci ilin doqquz ayınınməlumatlarına əsasən 156.370.300 manatlıq məhsul istehsal edilmiş, İstehsal olunan sənaye məhsullarının 93,5 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 13645 ha torpaq sahəsində pambıq əkilmişdir Hazırda pambıq sahələrində pambıq yığımı işləri aparılır.
Baramaçılığın inkişafı rayonmuzda uğurla inkişaf etdirilir. Carı ildə rayon ərazisində 134 kümçüyə ipəkqurdu paylanaraq, 10087 kq yaş barama istehsal edilmişdirki. Buda ötən illə müqaisədə 25.6 faiz cox olmuşdur.
2018-ci ilin 9 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 93.694 başa, qoyunların sayı 251.024 başa, quşların sayı isə 997.090baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 4769 ton, süd istehsalı 37173.2 ton, yumurta istehsalı isə 34.818 min ədəd olmuşdur. 2018-ci ilin müvafiq dövrü ərzində 49747.3 ton buğda,18624 ton arpa, 2614.2 ton kartof, 4140.6 ton bostan, 3305.9 ton Şəkər çuğunduru,2882.1 ton tərəvəz tədarük edilmişdir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılmışdır.
Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatdırılmışdşr. Rayon ərazisində R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx, ikinci qol kanallarında əsaslı şəkildə lildən təmizlənmə işləri görülmüş, Beşdən-bir, Şirinqum, Qulubəyli kanallarında, Cavadxanlı, Muradxanlı, Məmmədli, Aranlı, Sarıxanlı, Boşçalılar kəndləri ərazisində olan kanallarda işlər davam etdirilir.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
2018-ci ilin doqquz ayında İmişli şəhəri Heydər Əliyev prospektində və parkında, 20 yanvar, N.Savalanov, X.Bəylərov, S.Fətəliyev, A.Şadlınıski küçələrində müvafiq abadlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində 150,152 saylı binalarda, M.Əsədov 19 və H.Aslanov 14,16 saylı binalarda təmir işləri aparılmış, İmişli şəhəri P.Həsənov, 20 yanvar, N.Savalanov, X.Bəylərov, Q.Qarayev, L.Vəliyev və Koroğlu küçələrinə asvalt örtüyü qoyulmuşdur.
Heydər Əliyev prospektində səkilərə yeni səki daşları və tamet piltə qoyularaq abadlıq işləri aparılır, 14 km-lik İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başa çatmışdır. İmişli rayon Statistika idarəsinin inzibati binasında əsaslı təmir işlərinə başlanılmış və yaxın müddətdə bu işlər başa çatdırlacaqdır.
“ASAN Həyat” kompleksinin və “Bayraq Muzeyinin” tikintisi başa çatdırılmışdır. Aranlı 2 saylı tam orta məktəbi üçün 132 yerlik binanın tikintisinə başlanılmış, Xəlfəli tam orta məktəbində isə cari təmir işləri aparılmış, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmuşdur.

Əhalinin sosial müdafiəsi ilə bağlı:
Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramları uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2018-ci ilin doqquz ayında1943 iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, doqquz ay ərzində 275 nəfər daimi işlə təmin olunmuş,gəlirləri ehtiyac meyarından aşağı olan 425 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilmişdir.
Əmək hаqqı üzrə:
Əhаlinin həyаt səviyyəsinin yüksəlməsini səciyyələndirən оrtа аylıq nоminаl əmək hаqqı rаyоn üzrə 2018-ci ilin doqquz ayında 328,4 mаnаt olmuşdur.
Rаyоn üzrə ən yüksək оrtа аylıq nоminаl əmək hаqqı maliyyə və siğorta fəaliyyəti sahələri üzrə olmuşdur.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2018-cı ilin 9 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 250 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 150 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Xəlfəli və Telişli kəndlərində yararsız elektrik xətlərində təmir işləri aparılmışdır. Bundan əlavə Aranlı, Qızılkənd, Hacırüstəmli, Çaxırlı, Məzrəli kəndlərinin elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılmış və əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2018-ci ilin 9 ayında 196 yeni fərdi ev, 11 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Beləliklə 2018-ci ilin doqquz ayında təbii qaz istehlakçıların ümumi sayı: əhali sektoru üzrə 24936 nəfər təşkil etmişdir ki, onlardan 4746 nəfərinə yeni Smart tipli məişət qaz sayğacı quraşdırılmışdır. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 119 olmuşdur. Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmişdir. Bundan əlavə şəhərin bir neçə küçələrində və kəndlərdə fərdi qaztəmizləyici, siyirtmə və digər qurğular quraşdırılmış, qaz xətlərində isə təmir işləri aparılmışdır. Rayonun Qızılkənd və Aranlı kəndlərində qaz xəttinin çəkilməsi işləri davam etdirilir. Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 46 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli su təmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Təhsil sahəsi üzrə:
İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 41-ə yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir.
Səhiyyə sahəsi üzrə:
Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 161 nəfər həkim və 612nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 77 nəfər həkimə ciddi tələbat vardır. 2018-ci ilin doqquz ayında əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
2018-ci ilin doqquz ayında950 uşaq doğulmuşdur ki, onların da 98,7 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
Əhalinin müainəsi üçün 24 Epid briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 49 xəstə müalicə alır.
Mədəniyyət sahəsi üzrə:
Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanılmasından ibarətdir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinə 1 Heydər Əliyev Mərkəzi, 1 Mədəniyyət Mərkəzi, 1 Tarix Diyarşünaslıq Muzeyi, 1 Dövlət Rəsm Qalareyası, 1 Mərkəzi kitabxana sistemi, 2 şəhər kitabxanası, 40 kənd kitabxana filialı, 4 mədəniyyət evi, 1 şəhər kulubu, 26 kənd kulubu, 1 Uşaq incəsənət və 1 Uşaq Musiqi məktəbi daxildir.
İmişli rayon Mədəniyyət Mərkəzinin və Tarix Diyarşunaslıq Muzeyinin təmiri nəzərdə tutulmuşdur. Dövr ərzində İmişli rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi xitabxananın inzibati binalarında müvafiq təmir işləri aparılmışdır.
Gənclər və idman sahəsi üzrə
Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ilin doqquz ayı ərzində İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.



Nəqliyyаt sаhəsi üzrə:
2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 7095.5 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 0.3 faiz çox xidmət göstərmişlər.
Nəqliyyat xidmətindən gələn gəlirlərin 5235.6 min manatı yük daşınmasından, 1859.9 min manatı isə sərnişin daşımasından olmuşdur.Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında 1295 min ton yük daşınmışdır. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz çoxdur.
Daşınmış yüklərin 1293.7 min tonu və ya 99,9 faizi qeyri-dövlət bölməsinin nəqliyyat vasitələri tərəfindən yerinə yetirilmişdir.
Nəqliyyat sektorunda sərnişin daşınması yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 2.8 faiz artaraq 6592 min sərnişin təşkil etmişdir.
Rabitə xidməti üzrə:
2018-cı ilin 9 ayı ərzində rayon üzrə 441 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3720 nəfərə çatdırılmışdır. 2018-ci 9 ayı ərzində əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə rayonun Bəhrəmtəpə və Cəfərli kəndində 48 portluq DSLAM avadanlığının quraşdırılması işləri başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir. İmişli şəhəri ərazisində250nömrəlik EATS-quraşdırılmışdır. Yeni Bəhrəmtəpə qəsəbəsində məcburi köçkünlər yaşayan ərazidə yeni telefon xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.
Ticarət üzrə:
2018-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə pərakəndə əmtəə dövriyyəsi ilkin hesabatlara əsasən 171516 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 34515 min manat təşkil etmişdir.
Pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3.0 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmindən 0,1 faizi dövlət mülkiyyətində olan müəssisələrin hesabına olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qeyri mütəşəkkil sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2018-ci ilin doqquz ayı ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
İmişlinin icra bаşçısı hesabat verdi
İmişlinin icra bаşçısı hesabat verdiİmişlinin icra bаşçısı hesabat verdi
İmişlinin icra bаşçısı hesabat verdi
İmişlinin icra bаşçısı hesabat verdi