BolgeXeber.Com » Siyasət » Novruz Məmmədovdan sərt qərar: 2 şöbə müdirini çıxartdı, dövlət qulluğuna xitam verdi

Novruz Məmmədovdan sərt qərar: 2 şöbə müdirini çıxartdı, dövlət qulluğuna xitam verdi

18-10-2018, 16:45
Oxunub: 3 041 Novruz Məmmədovdan sərt qərar: 2 şöbə müdirini çıxartdı, dövlət qulluğuna xitam verdiNazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri, Nizami Bayramov isə Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Hər iki şəxsin dövlət qulluğuna xitam verilib.