BolgeXeber.Com » Müsahibə-Reportaj » "Ağlı olsa da pul qazanmayan kişi ilə ailə qurmaram" - FOTO

"Ağlı olsa da pul qazanmayan kişi ilə ailə qurmaram" - FOTO

19-10-2018, 10:05
Oxunub: 4 276 ["Ağlı olsa da pul qazanmayan kişi ilə ailə qurmaram" - FOTO"Düzü, bizdə loru dillə desək, açıq-saçıq səhnəsi olan serial yoxdur, ya da var, mən rastlaşmamışam"

b]Bolgexeber.com[/b] Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın yenicag.az-a müsahibəsini təqdim edir:

- Nəhayət, mənfi rolların ardınca sizi "Ata ocağı" serialında müsbət obrazda görə bildik. Tamaşaçılarınızı Ləman obrazı ilə çaş-baş salmayacaqsız ki? Axı onlar öyrəşib sizin "ifritəliyinizə"...

- Yox, mən 3 illik mənfi roldan sonra müsbət rol olaraq "Laləli saray" serialında Baharla tamaşaşıların qarşısına çıxmışam. Amma "Ata ocağı" serialındakı Ləman tamamilə başqa xarakterli, başqa həyat hekayəsi olan müsbət roldu. Məncə, tamaşaçı peşəkar aktyor, aktrisanın hər dəfə müxtəlif xarakterli rol oynamasını gözləyir. Necə ki, aktrisa bir müddət eyni xarakterli rollar oynayandan sonra sıxılır, yenilik, dəyişiklik axtarırsa, tamaşaçı da aktrisanı eyni tipli rollarda görəndə monotonluqdan sıxılır, yorulur, onu artıq başqa xarakterli rollarda görmək istəyir. Məncə, hər dəfə müxtəlif xarakterli rolları oynamağım şansımdı. Bu hər aktrisaya qismət olmur.

- Mənfi rollarınıza görə sizi çox söyüb, təhqir ediblər?

- O qədər... Heç nə demirəm, serialda mənfi roluma görə 3 il söyülmüşəm.

- Bildiyim qədər mühafizəkar aktrisasınız. Yəni açıq-saçıq səhnələr sizə görə deyil?

- Elədi. Qəbul eləmirəm. Düzü, bizdə loru dillə desək, açıq-saçıq səhnəsi olan serial yoxdur, ya da var, mən rastlaşmamışam.

- Niyə Azərbaycanda aktrisalar bu mövzuda çox mühafizəkardır? Özünüz çəkilmək istəmirsiniz, yoxsa el qınağından, cəmiyyət təpkisindən ehtiyatlanırsınız?

- Düzü, xaraktercə aşırı sərbəstliyə meyilli deyiləm. Bu da təbii ki, işlə bağlı seçimimə təsir edir. Qaydasında yaşamağı sevirəm. İstəyirəm, məni gördüyüm işlə yadda saxlasınlar.

- Tamaşaçılarınızdan sevgi etirafları eşidirsiniz?

- Eşidirəm, özü də kifayət qədər.

- Siz də belə düşünürsünüz ki, indiki dövrdə əsl sevgidən danışmağa dəyməz?

- Yox, elə düşünmürəm. Sevgiyə inanıram. Sevgi doğru insanla qarşılaşmaqdı. O da hər adama qismət olmur.

- Müasir bəylərdə sizi ən çox qıcıqlandıran hansı xüsusiyyətləridir?

- Bu fikirləri bütün kişilərə şamil etmirəm. Müşahidə edib görürəm ki, nədənsə, bəzi kişilər işləmək istəmir. Tənbəlliyə meyillidirlər. Başda özüm olmaqla, nə qədər tanıdığım xanımlar var, hamısı heç kəsə möhtac olmamaq uçün səhər evden çıxıb, axşam evə gəlir. Min əziyyətlə pul qazanırıq. Amma təəssüf ki, bəzi kişilərdə bunu görmürəm. Elə bil istəyirlər ki, qadınlar onlara baxsın.

- Pullu, yoxsa ağıllı, cibi boş kişi? Ailə qurarkən hansına üstünlük verərdiniz?

- Səmimi cavab verəcəm, pul qazanmayan, işləməyən, zəhmətkeş olmayan kişi ilə ailə qurmaram, ağlı olsa da. Hətta sevsəm də belə. Qadınların əksəriyyəti belə düşünür. Amma dilə gətirməyə çoxu çətinlik çəkir. Ali təhsilli, illərlə işləyən, öz həyatını ağılla, min zəhmətlə quran xanımam. Elə insanı əsla özümə yaraşdırmaram. Seçiciyəm. Stabil əmək haqqına işləsin, amma bilim ki, kişi kimi qazanır.

- Hansı səbəb sizi sevgilinizdən ayrılmağa məcbur edər?

- Hazırda yoxdur. Amma olanda çox səbəb ola bilər: yalan, diqqətsizlik, tənbəllik və sair. Özümü narahat hiss elədiyim heç bir yerdə qalmıram.

- Özünüzü gözəl qadın sayırsınız?

- Gözəl və şarmlı sayıram. Amma bu qarşımdakına görə dəyişir. Hərənin öz fikri və gözəllik standartları olur. Kimə görəsə gözəlsən, kiminə görəsə yox. Bu da normaldı. Zövqlər müxtəlifdi. Hər kəsin zövqünü qane edə bilməzsən. Gözəl, amma soyuq ola bilərsən. Bununla da heç kəsin diqqətini cəlb edə bilməzsən. Amma gözəl, işıqlı, ifadəli gözlərin ola bilər. Buna görə də, dəfələrlə dönüb sənə baxa bilərlər. Bu artıq gözəllikdən öndədi.

- Sizcə, sizə gözəllik verən nədir?

- Bəlkə də, özünü bəyənmişlik kimi çıxacaq. Amma boy-buxunum daxil olmaqla, hər şeyimi bəyənirəm. Allahın verdiyinə şükür.

- Kompleksləriniz varmı? Onlardan xilas olmağa cəhd edirsinizmi?

- Kompleks deməzdim, amma aşırı səmimiyyəti sevmirəm. Bu xasiyyətimi də dəyişmək istəmirəm. Çünki bu, mənə kömək edir. Münasibətdə sədd yaradır və qarşındakı insanlar sənə qarşı münasibətdə yerini bilir.

- İndiyə qədər haqqınızda elə bir şayiə yayılıbmı ki, eşidəndə şok olmusunuz?

- Düzü yox. Yadıma gəlmir.

- Arzuladığınız, amma hələ oynamadığınız bir obraz varmı?

- Var, çoxdu. Aktyor(aktrisa) oynadıqca oynamaq istəyir.

- Başınıza gələn ən yadda qalan və ən qorxduğunuz hadisə nə olub?

- 3 dəfə ölümdən dönmüşəm: 2-ci mərtəbədən yıxılıb, sağ qalmışam, maşın vurub, yenə sağ qalmışam, dəm qazından boğulmuşam, yenə sağ qalmışam.
"Ağlı olsa da pul qazanmayan kişi ilə ailə qurmaram" - FOTO
"Ağlı olsa da pul qazanmayan kişi ilə ailə qurmaram" - FOTO