BolgeXeber.Com » Ölkə » Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

19-10-2018, 11:32
Oxunub: 2 267 Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb2018-ci il oktyabr ayının 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.