BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı - Yeni təyinat

Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı - Yeni təyinat

19-10-2018, 11:37
Oxunub: 1 328 Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı - Yeni təyinatBakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

Report-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.
Ramil Usubov Qalib Rəhimovu işdən çıxartdı - Yeni təyinat