BolgeXeber.Com » Dünya » Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidir

Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidir

20-10-2018, 11:53
Oxunub: 3 167 Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidirLondon məhkəməsi 2017-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya 585 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb

Open.az "Bloomberg"ə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun London məhkəməsinin qərarı ilə apellyasiya şikayətini rədd edib. Əhmədovun kifayət qədər və etibarlı sübutlar təqdim etmədiyi bildirilib.

"Kassasiya şikayəti veriləcək. Fərhad Əhmədov Ali Məhkəməyə qədər gedib çıxmaq niyyətindədir ", - vəkil, biznesmen İrina Şeqlova bildirib.

"Moskva Şəhər Məhkəməsi, demək olar ki, heç bir müzakirə olmadan Zyuzinsky Məhkəməsinin qərarını qüvvədə saxladı. Növbəti instansiyada ədalətli qərara nail olacağıq", - deyə Əhmədov "RBK"ya açıqlamasında söyləyib.

Əhmədovun sözlərinə görə, o, Rusiyada evləndikdən 7 il sonra, yəni 2000-ci ildə həyat yoldaşı Tatyana ilə boşanıb. Buna baxmayaraq, milyarderin keçmiş həyat yoldaşı, 2003-cü ildə İngiltərədə boşanma prosesini nəzərdən keçirməyə başlayıb.

Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidir


Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib. Lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən "Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki "Aston Martin” avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd "Holland and Holland” tüfəngi daxildir.

Xatırladaq ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu, 3 il sonra ikinci oğulları dünyaya gəlib.