BolgeXeber.Com » Bölgə » 5 yaşlı uşağı siçovul yedi - ŞƏKİDƏ ŞOK OLAY

5 yaşlı uşağı siçovul yedi - ŞƏKİDƏ ŞOK OLAY

22-10-2018, 14:16
Oxunub: 5 855 5 yaşlı uşağı siçovul yedi - ŞƏKİDƏ ŞOK OLAYŞəkidə 5 yaşlı uşağı yatdığı yerdə siçovul dişləyib.

Open.az-ın məlumatına görə, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə saat 04 radələrində Şəki rayonu Oxut kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Elmir Elşən oğlu Kərimli gəmirici dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan Open.az-a bildirilib ki, müayinə zamanı 5 yaşlı uşağı yaşadığı ünvanda yatdığı zaman siçovul dişlədiyi məlum olub.

E. Kərimliyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurluqdan sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.