Bakıda evli qadının Facebook macərası: “İntim şəklini göndər...”
22-10-2018, 16:38
Oxunub: 2 902
Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bolgexeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.
Astan Sevinclə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib, onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.
Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib.
Daha sonra Sevin Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat zamanı Astan Əzizov həbs edilib.
Cinayət işi üzrə ifadə verən Astan Əzizov özünü təqsirli bilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş qadın evlidir, iki uşaq anasıdır. Sevinc Əliyevanın ifadəsinə görə, həyat yoldaşı ilə boşanmaq üzrədir.
İstintaq orqanı tərəfindən Astan Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham elan edilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər