BolgeXeber.Com » Dünya » Tramp özünü “millətçi” adlandırdı

Tramp özünü “millətçi” adlandırdı

23-10-2018, 13:52
Oxunub: 2 674 Tramp özünü “millətçi” adlandırdıABŞ prezidenti Donald Tramp özünü “millətçi” adlandırıb.

“The Hill” nəşri xəbər verir ki, bu fikri Tramp Texasın Hyuston şəhərində tərəfdarları ilə görüşündə səsləndirib.

O bildirib ki, müxalifətçilər korrupsiyaya qurşanmış və acgöz qlobalistlərin hakimiyyətdə nüfuzunu bərpa etmək istəyir.

“Siz bilirsiniz ki, qlobalist kimdir? Bu, öz ölkəsini düşünməyən, ancaq bütün dünyanın yaxşı olmasını istəyən insanlardır. Qədim “millətçi” sözü var. Mən millətçiyəm”, - amerikalı lider qeyd edib.

Xatırladaq ki, 5 gün öncə-oktyabrın 18-də Rusiya prezidenti Vladimir Putin özünü “həqiqi millətçi” adlandırmışdı.