BolgeXeber.Com » Ölkə » Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək

Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək

23-10-2018, 17:17
Oxunub: 2 438 Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcəkEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən daxil olan məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.

Qeyd edək ki, sabahın hava proqnozuna əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir