BolgeXeber.Com » Ölkə » Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

23-10-2018, 18:02
Oxunub: 2 603 Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunurMilli Məclisin deputatı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə ala və təklif edə bilməz.

Modern.az-ın məlumatına görə, bununla bağlı qəbul "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni 10.1-1-ci maddə təklif edilir.

Yeni maddəyə görə, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.