BolgeXeber.Com » Şou-Biznes » Əməkdar aktrisa Kübra Əliyeva :"Döşlərimin hər ikisini amputasiya ediblər"

Əməkdar aktrisa Kübra Əliyeva :"Döşlərimin hər ikisini amputasiya ediblər"

25-02-2013, 07:50
Oxunub: 5 692 Aktrisa Press24.az-a verdiyi açıqlamasında bildirdi: "Yayılan xəbərlər doğrudur. Xəstəliklə bağlı son bir ildə 2 ağır əməliyyat keçirmişəm. Öz həkimlərimizə güvənmişəm. Respublika Milli Onkologiya Mərkəzində əməliyyat olumuşam. Mərkəzin direktoru Cəmil Əliyev başda olmaqla, mənim müalicəmdə iştirak edən həkimlər - Mamuka Məmmədova, Şəmsəddin həkimə, doktor Elçinə, mərhum müğənnimiz Nərminə Məmmədovanın qızı Sevinc Qiyasbəyliyə sonsuz təşəkkürlərimi bildirirəm. Qeyd edim ki, mən döş xərçəngindən əziyyət çəkirdim və əməliyyatdan sonra mənim döşlərimin ikisini də amputasiya ediblər. Saçlarım da tamamən tökülüb. Bu kimyateropiyanın fəsadlarıdır".