BolgeXeber.Com » Dünya » Səudiyyə şahzadəsi Yaxın Şərqi yeni Avropaya çevirəcəyinə söz verib

Səudiyyə şahzadəsi Yaxın Şərqi yeni Avropaya çevirəcəyinə söz verib

25-10-2018, 10:13
Oxunub: 3 093 Səudiyyə şahzadəsi Yaxın Şərqi yeni Avropaya çevirəcəyinə söz veribSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud bildirib ki, yaxın 5 il ərzində Yaxın Şərqin iqtisadiyyatını dəyişəcək və regionu yeni Avropaya çevirəcək.

Bolgexeber.com TASS-a istinadən xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” investisiya forumunda çıxışı zamanı deyib.

“Mən inanıram ki, yeni Avropa Yaxın Şərqdir. Səudiyyə Ərəbistanı Krallığı 5 ildən sonra tamamilə başqa cür olacaq. Bəhreyn, Küveyt və hətta Qətər də, iqtisadiyyatlarımızın fərqli olmasına baxmayaraq, tamamilə dəyişəcək, İordaniya, Misir, İraq — əgər biz beş il içində müvəffəq ola bilsək, dirçəliş burada, Yaxın Şərqdə baş verəcək”, — deyə o bildirib.

Şahzadənin sözlərinə görə, o, Yaxın Şərqi daha “dünyanın qurtaracağı”nda görmək istəmir.

Bundan əvvəl bir çox nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanında keçirilən “Future İnvestment İnitiative” forumunda iştirakdan imtina edib.