BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib

Hacıqabulda məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib

25-10-2018, 16:14
Oxunub: 1 592 Hacıqabulda məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilib25.10.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə keçirildi

Müsabiqə rayon Gənclər və İdman idarəsi, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Hacıqabul rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirildi.Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbaliyeva açdı. Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva müsabiqənin şərtləri ilə bağlı iştirakçıları məlumatlandırdı. Müsabiqənin şərtlərinə görə üç mövzuda: “Bayrağımdan güc alıram”, “Müstəqil Azərbaycanımın müstəqil övladıyam”, “100 illik müstəqillik tarixim” mövzularında 5 dəqiqəlik sərbəst çıxış edilməli idi. Müsabiqədə Hacıqabul şəhərindən 9 məktəb, hər məktəbdən bir və ya iki şagird iştirak etdi. Uşaqların çıxışından sonra münsiflər heyyətinin üzvü olan Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev iştirakçılara öz fikirlərini və iradlarının bildirdi. Müsabiqənin şərtlərinə görə hər mövzuya görə I, II, III yerlərin qalibləri Gənclər və İdman idarəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkili çəkdirildi.
“Bayrağımdan güc alıram” mövzusu üzrə: I yer: Ağayeva Aydan Ramil qızı
II yer: Əsədli Leyla İlham qızı
III yer: Mehrəliyeva Səkinə Rahil qızı
“Müstəqil Azərbaycanımın müstəqil övladıyam” mövzusu üzrə:
I yer: Məmmədova Zəhra Vüsal qızı
II yer: Bədəlova Solmaz Mənsim qızı
III yer:Əhmədov Famil Natiq oğlu
“100 illik müstəqillik tarixim” mövzusu üzrə:
I yer: Əhmədova Aysel Fariz qızı
II yer: Xəlilova marusa Elnur qızı
III yer: Mürvətova Aytac İlkin qızı