XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Sovet dövründə qoyun da çöldə yaxşı otlayırdı" - deputat

"Sovet dövründə qoyun da çöldə yaxşı otlayırdı" - deputat"Doğru mühakimə deyilən bir anlayış var. Adamlar ki, başladı "sovet dövründə beləydi, indi belədir" deməyə bu, sosial mühakimənin doğru olmadığını göstərir. Müqayisənin predmetsiz olduğunu göstərir".

Bolgexeber.com xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa sovet dövründə yaşayışın və əxlaqın indiki zəmanədən daha yaxşı olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Düşüncə azadlığı yoxuydu

Millət vəkili bu düşüncə tərzinin yanlış olduğunu bildirərək fikirlərini əsaslandırmaq üçün bir neçə örnək göstərib: "Məsələn, sovet dövründə düşüncə azadlığı yoxuydu. Sovet dövründə yaşayış yerini dəyişmək imkanları xeyli məhduduydu. Yalnız tələbə kimi Bakıya gəlib yaşamaq olardı. Qeydiyyatdan çıxmaq böyük problemə çevrilmişdi. Deməli həmin dövr yaşamaq hüququ da məhdud olub. Sovet dövründə müəyyən seçim hüququ da tamamilə məhduduydu".

Birotaqlı ev almaq üçün 25 il alüminium zavodunda işləyirdilər

O bildirib ki, insanlar ancaq sakit yaşamağı özləri üçün dəyər olaraq götürürlərsə, bəli, sovet dövrü yaxşıydı: "O zaman sovet dövründə qoyun da çöldə yaxşı otlayırdı, heç kəsin onunla işi yoxuydu. Belə yanaşmaq olmaz. Sovetin vaxtı 1937-ci ildə fərqli düşünən minlərlə insan istintaqsız, yalançı ittihamlarla məhv edildi. Özünü onların yerinə qoyanda düşünürsən ki, sovet dövrünün nəyi yaxşıydı. Nə qazanmısınız ordan? Deyirlər yaxşı təhsil qazanmışıq. Məgər yaxşı təhsili ABŞ-da, Avropada qazanmadılar? İnsanların sovet dövründə ömürləri getdi. Birotaqlı ev almaq üçün 25 il alüminium zavodunda işləməli olurdu".

F. Mustafa hesab edir ki, sosioloji mühakimə doğru deyil: "Əxlaq da, əxlaqsızlıq da hər bir dövrdə olub, dərəcələri bu və ya digər dövrdə artıq və ya az ola bilər. Valideyn-uşaq münasibətlərində ziddiyətlər, ailə problemləri həmin dövrdə də olub. Sovet dövründə Azərbaycan ailəsində atanın hökmranlığı, qadın savadsız isə savadsız olub, qadının sosial həyatda rolu və imkanı olmayıb. İndi isə heç olmasa bu şanslar var. Biz hər hansı bir dövrü həddən artıq ideallaşdırmaqla doğru təhlil aparmadığımızı bir daha ortaya qoyuruq. Müasir dövr insana daha çox azadlıq və imkan verir. İmkana hazır olmaq lazımdır. İmkana özünü uşaq vaxtından hazırlamaq lazımdır. İndi bu gün ana savadsızdırsa, uşaq necə yetişə bilər".

Erməni uşağını musiqi məktəbinə, idmana qoyur, biz isə…

Deputatın fikrincə, Azərbaycanda böyük əksəriyyəti ona görə hazırlıqlı olmur ki, ailədə təməli düzgün qurulmayıb: " Ata alkoqolikdirsə, uşaq sağlam necə yetişə bilər? Ata hər gün evə içib gəlir, uşaqla maraqlanmır, ana da savadsızdır, ana uşağın dərsliyinə necə baxa biləcək? Bu uşaq yetişməyəcək. Erməni və yəhudi uşağını mütləq musiqi məktəbinə qoyur. Biz də isə böyük əksəriyyəti musiqi təhsili vermək istəmir. Mütləq rəqs təhsili ver, yaxud idmana qoy. Yüzlərlə insan tanıyıram ki, idmana biganədir, həyatı heç vecinə deyil. Erməni mütləq bilir ki, oğlu peşəkar boksçu olmasa da, boksla məşğul olmalıdır. Yəhudi bilir ki, uşağı 7-8 yaşına qədər 3-4 dili, Tövratı, Talmutu öyrənməlidir. Deməli bunların hamısı xalqın öz dəyərlərini doğru anlamasından başlayır".

Bakıda yaşayan qaçqınlar cəbhə bölgəsində yaşamağa hazırdırmı?

F. Mustafa vətəndaşlarımızın müharibəyə hazır olmadıqlarını da diqqətə çatdırıb: "Müharibə vəziyyətindəyik. Azərbaycanda neçə nəfər özünü və ya övladını könüllü hərbçi kimi görmək istəyir? Müharibə bir də olacaq axı! Biz buna hazırıqmı?! Yenə də hazır deyilik. 20 ildən sonra deyəcəyik ki, həmin dövr hazır deyildik, imkan vermədilər. Yaxşı, sovet dövründə imkan vermədilər, bəs indi işğal olunmuş ərazilərimizdən didərgin düşmüş nə qədər insan xəyalında hazırdır ki, birbaşa gedib cəbhə bölgəsində yaşasın? Bakıda həyatını qurmuş nə qədər qaçqın buradakı həyatından imtina edib ora getməyə hazırdır? Cocuq Mərcanlıda tikilən evlərin yarısından çoxu boşdur. Doldurun da oranı!".

Xaricdə təhsil alan niyə ölkəyə qayıtmalıdır?

Onun sözlərinə görə, mühakimə doğru olmayanda müqayisə də doğru olmur: " Biz özümüzü aldatmaq, təsəlli üçün bunu ediriksək, bu yanlış bir şeydir. Bəzən deyirlər ki, xaricdə təhsil alan azərbaycanlı geri qayıtsın. Niyə qayıtmalıdır? Xaricdə bir azərbaycanlı bir vətəndir. ABŞ-ın bir laboratoriyasında yetişən Əziz Sancar Nobel mükafatı aldı. Türkiyədə qalsaydı bu mükafatı ala bilməyəcəkdi. Çünki orada belə laboratoriya yoxdur. Mən orada təhsil almışamsa və burada laboratoriya yoxdursa, deməli orada davam etməliyəm. Mən vətənpərvərəm axı, vətənimi orada təmsil edəcəyəm. Buna görə də məsələyə belə dar düşüncə ilə baxış insanları yanlış nəticələrə gətirib çıxarır. Bunlardan uzaqlaşmaq lazımdır, cəmiyyətə doğruları anlatmaq lazımdır. Hər kəs özünə cavabdehlik daşımalıdır. Hamının bəhanəsi var. Azərbaycan cəmiyyətini bəhanələrdən dartıb çıxartmaq lazımdır".
Bölmə: Müsahibə-Reportaj | 26 oktyabr 2018 12:48 | Baxış sayı: 123





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: