BolgeXeber.Com » Sosial » “Çatdırmırıq deyə, bu vaxtlar çıxırıq” - Çörəyi zibildən çıxanlar - VİDEO

“Çatdırmırıq deyə, bu vaxtlar çıxırıq” - Çörəyi zibildən çıxanlar - VİDEO

26-10-2018, 16:54
Oxunub: 3 366 “Çatdırmırıq deyə, bu vaxtlar çıxırıq” - Çörəyi zibildən çıxanlar - VİDEOÇörəyi zibildən çıxanlar. Gecələr gözə dəyən kommunal xidmət avtomobilləri və işçiləri. Əslində onların işləri gecə keçəndən sonra başlayır.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Günün pik saatı olmağına baxmayaraq zibil maşınları küçələrdən zibil yığır. Amma əslində bu gecə saatlarında aparılmalıdır və buna nəzarət olmalıdır.

Kommunal xidmət işçiləri isə deyir ki, bu saatlarda işə çıxmağa məcburdular. Səbəb ərazinin kifayət qədər böyük olmasıdır. Bundan əlavə onların iş qrafiki də sərbəstdir.

İşçi: “Baxır da işləməyimizə. Gecə 1-ə 2-yə kimi. Çatdırmırıq deyə bu saatlarda çıxırıq. 11 ildi burda işləyirəm”.

Ekspertlər kommunal xidmət avtomobillərinin belə tez işə başlamasında sakinlərin də günahı olduğunu bildirirlər. Səs-küydən şikayətçi olanlar zibil qablarının boşaldılmasına da maneələr yaradırlar.

Əksəriyyət bu işçilərdən narazı olsa da, onların da gileyi var.

Paytaxtın bəzi ərazilərində zibil qutularının bir qisminin üstü bəzək olsa da, içərisi və texniki göstəriciləri zibil kimi zibildi. Yəni böyük bir qisminin ya təkəri işləmir, ya qırıqdı, ya da əzik. Amma məcburiyyətdən bunlardan istifadə edilir.

İşçi: “Təzə olur. Gətirib daş, torpaq atırlar yeşiklərə, qaldırmaq, boşaltmaq olmur. Təmirini də bələdiyyə edir” .

Mütəxəssislər deyir ki, bu kimi halların qarşısını almaq üçün zibil avtomobilləri müasirləşdirilməli, əhali arasında profilaktik tədbirlər görülməlidir. Bundan əlavə zibil qablarının yerləşdirilməsi üçün xüsusi güşənin yaradılmasına ehtiyac var.