BolgeXeber.Com » Gündəm » Attestatın adı dəyişdirildi

Attestatın adı dəyişdirildi

17-03-2011, 13:35
Oxunub: 5 247 Azərbaycan Nazirlər Kabineti “Təhsil haqqında” Qanunda dəyişiklik edib.

Nazirlər Kabinetindən Bolgexeber.com -a verilən məlumata görə, qanunun “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 1 və 2 nömrəli əlavələrinin mətnində “attestatın” sözü “şəhadətnamənin” sözü ilə əvəz edilib.

Bundan başqa “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat,” sözü əlavə edilib.