BolgeXeber.Com » Ölkə » "Tamam"dan sakinlərə TAM CAVAB: - "Gedin nə ürəyiniz istəyir edin"
"Tamam"dan sakinlərə TAM CAVAB: - "Gedin nə ürəyiniz istəyir edin"
27-10-2018, 12:06
Oxunub: 2 567
Bakı şəhəri, Yasamal rayonu, Şəfəyət Mehtiyev küçəsi 1054 ünvanında “Tamam” şirkətinin inşa etdiyi 18 mərtəbəli yaşayış binasının sakinləri mənzillərinin Dövlət reyestrinə salınmadığını iddia edirlər
Bu barədə "Report"a həmin binada yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, 320 mənzilli yaşayış binasının təxminən 90 faizində yaşayış var: "Biz 10 ilə yaxındır ki, burada yaşayırıq. Lakin mənzillərimiz Dövlət reyestrinə salınmayıb. Evlərimizin "kupça"ları yoxdur. Buna görə də prezident seçkisində, referendumda iştirak edə bilmədik. Çünki qeydiyyata alınmamışıq. Yaşayış binasında müxtəlif təbəqədən insanlar yaşayır".
Sakinlər qeyd ediblər ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, digər qurumlara müraciət edilib: "Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin ünvanda olan yaşayış binasında olan problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin vəzifə və öhdəliklərinə aiddir və bu prosedur Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti qeyd edib ki, problemləri şirkət rəhbərliyi həll etməlidir. Bundan başqa, bələdiyyədən də gəlirlər ki, bələdiyyə pulunu verin. Axı, bizim problemlərimiz həll olunmayıb, lakin onlar bizdən pul istəyirlər. Sakinlər hazırda başqa-başqa ünvanlarda qeydiyyatdadır".
Sakinlər vurğulayıb ki, problemləri ilə bağlı “Tamam” şirkətinə də müraciət ediblər: "Lakin bizim mövcud problemimiz hələ də həll olunmayıb. Onlarla sonuncu görüşümüzdə "gedin nə ürəyiniz istəyir edin" söylədilər. Daha bezmişik. Düzdür, bina normal şəkildə tikilib, komunal xərcləri də ödəyirik. Əsas problemimiz Dövlət reyestrində qeydiyyata salınmaqdır".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər