BolgeXeber.Com » Dünya » Dünyanın ən hündür abidəsi ucaldıldı

Dünyanın ən hündür abidəsi ucaldıldı

27-10-2018, 15:02
Oxunub: 3 068 Dünyanın ən hündür abidəsi ucaldıldıDünyanın ən hündür abidəsi hesab olunan heykəlin oktyabrın 31-i açılışı olacaq.

1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri, Hindistanın milli qəhrəmanı, ölkə konstitusiyasının müəlliflərindən olan Sərdar Patelin heykəli Hindistanın Qucarat əyalətindəki Narmada çayı sahilində ucaldılıb. 410 milyon dollar vəsait hesabına başa gələn abidənin hündürlüyü 182 metrdir.

Açılış mərasimində ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Qeyd edək ki, heykəlin əsası qoyularkən N.Modi abidənin Nyu Yorkdakı "Azadlıq" heykəlindən iki dəfə böyük olacağını vurğulamışdı.(kult.az)
Dünyanın ən hündür abidəsi ucaldıldı