loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Məmurun icazəsi olmadan kimsə nəinki tikinti tikə, heç yerə mıx da vura bilməz..."

"Məmurun icazəsi olmadan kimsə nəinki tikinti tikə, heç yerə mıx da vura bilməz..."Bakının bəzi bölgələrində inşa edilən tikililərin sürüşmə zonasında yerləşməsi və bu səbəbdən də bəzi evlərin zamanla yararsız vəziyyətə düşməsi ölkə mətbutında vaxtaşırı gündəmə gətirilən məsələlərdəndir

Gündəmi məşğul edən digər bir məsələ isə qanunsuz olduğu iddia edilən bu tikililərin sökülməsi zərurətidir.

Qanunsuz olduğu iddia olunan sözügedən tikililərin sadəcə sökülməsi çıxış yolu sayıla bilərmi? Doğrudanmı bütün bu evlər, yardımçı təsərrüfatlar müvafiq məsul şəxslərdən xəbərsiz formada inşa edilib? Hətta məsələ həqiqətəndə belədirsə, o zaman cavabdeh olduğu ərazidən xəbərsiz olan bu məmurların cəzalandırılması təmin edilməli deyilmi?

Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov vətəndaşların qanunsuz tikintiləri məmurlardan xəbərsiz inşa etməsi ilə bağlı deyilənlərin absurd olduğunu qeyd etdi:

“Qanunsuz tikintilərə icazə erən, buna göz yuman şəxslər birmənalı şəkildə cəzalandırılmalıdır. Vətəndaş müvafiq səlahiyətli qurumların, vəzifəlilərin yazılı və ya şifahi, rəsmi və ya qeyri-rəsmi razılığı olmadan, heç nə edə bilməz. Nəinki tikinti tikə bilməz, yerə mıx belə vura, ağac belə basdıra bilməz.

Deyək ki, hər hansı bir şəxs məlumatsızlıqdanmı, yaxud hansısa səbəbdən buna fikir verməyib. Bəs vəzifəli, bu sahəyə cavabdeh olan şəxslər buna niyə göz yumub? Niyə imkan veriblər ki, vətəndaş icazəsiz, müvafiq sərəncamlar olmadan gedib hardasa nə isə tiksin? Sonra üzə çıxanda isə bunu “qanunsuz tikinti” adlandırırıq. Əgər ortada hər hansı bu cür tikili varsa, deməli burada kiminsə maddi maraqları mövcuddur.

Bu cür qanunsuz tikintilər söküləndə, burada ziyan çəkən yeganə şəxs yenə də vətəndaş olur. Qanunsuzluğa yol verən məmur isə, hansı sahədə çalışmasından, icra hakimiyyəti və ya bələdiyyə işçisi olmasından asılı olmayaraq, onlar yenə də sudan quru çıxır. Çəkilir kənara və deyir ki, mənim bu tikilidən xəbərim yoxdur. Amma belə deyil. Hesab edirəm ki, bütün qanunsuz tikililərdən ən başlıca günahkar bu sahəyə cavabdeh olan məsul qurumlar və şəxslərdir. Onlar hökmən cəzalarını almalıdırlar.

Əgər qanunsuz tikinti tikmək mümkün olsaydı, o zaman hərə gedib bir yerə daş töküb nə isə ucaldaldı. Bu, mümkün deyil. Əgər hardasa belə bir tikinti aparılıbsa, deməli, kimlərsə buna icazə verib. Kimlərsə buna göz yumub, buna şifahi də olsa razılıq veriblər.

Bu gün Badamdarda evlərin sürüşmə sahəsində olması, bəzi yerlərdə nəqliyyat infrastrukturunun az qala üstünə çıxması kimi hallar var. Məmurlar bunları zamanında görmürdümü? Bunu müvafiq bələdiyyələr, icra qurumları görmürdümü? Görürdülər. Ancaq buna maraqları naminə göz yumurdular. Bu gün hamısı çəkilib durub qıraqda. Yenə də zərbənin altında qalan vətəndaşdır.

Bir daha qeyd edirəm ki, bu tikintilərə hər hansı formada razılıq verən bütün məmurlar cəzalandırılmalıdır”.
Bölmə: Müsahibə-Reportaj | 27 oktyabr 2018 15:22 | Baxış sayı: 163





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: