BolgeXeber.Com » Siyasət » Gürcüstan MSK-sı prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

Gürcüstan MSK-sı prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

29-10-2018, 09:24
Oxunub: 3 028 Gürcüstan MSK-sı prezident seçkilərinin ilkin nəticələrini açıqlayıbMüstəqil namizəd Salome Zurabişvili 40,05% səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının başçısı Tamara Jvaniya səslərin 13,8%-nin hesablanmasından sonra bildirib.

O həmçinin bildirib ki, müxalif namizəd Qriqol Vaşadze 37,93% səs toplayıb.

"İlkin rəsmi nəticələrə görə, 3705 seçki məntəqəsindən 512-nin bülletenlərinin hesablanmasından sonra salome Zurabişvili 65,8 min səs, Qriqol Vaşadze isə 62,4 min səs toplayıb", - deyə Tamara Jvaniya bildirib.

Qeyd edək ki, namizədlərdən ilk turda heç birinin 50%-dan çox səs toplamadığı halda, səsvermənin ikinci turu keçiriləcək.