BolgeXeber.Com » Ölkə » İki iclasda 57 məsələ müzakirə olunacaq

İki iclasda 57 məsələ müzakirə olunacaq

29-10-2018, 10:04
Oxunub: 2 110 İki iclasda 57 məsələ müzakirə olunacaqMilli Məclisin oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək plenar iclaslarının gündəliyi məlum olub.

Oxu.Az xəbər verir ki, iki iclasın gündəliyinə 57 məsələ daxildir.

Plenar iclaslarda “Normativ hüquqi aktlar haqqında”, “Təhsil haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında” və s. qanunlarına, o cümlədən Cinayət, Cinayət Prosessual, Mülki, Gömrük, Vergi məcəllələrinə dəyişiklik layihələri və digər məsələlər müzakirə ediləcək.