BolgeXeber.Com » İdman » "Keşlə" klubu baş məşqçisini istefaya göndərdi

"Keşlə" klubu baş məşqçisini istefaya göndərdi

29-10-2018, 12:29
Oxunub: 2 962 "Keşlə" klubu baş məşqçisini istefaya göndərdi"Keşlə" klubu baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib.

Klubun mətbuat xidmətindən verilən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib. Bu qərar qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduğu oyundan sonra qəbul olunub. Komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq, köməkçi-məşqçi Zaur İsmayılova tapşırılıb.

Qeyd edək ki, Mladen Milinkoviç "Keşlə"yə iyulun 25-də baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda keçirdiyi 8 oyundan 5-də uduzub, 1-də qalib gəlib. İki matçda heç-heçə edən paytaxt təmsilçisi hazırda 5 xalla 7-ci pillədədir və son sıradakı "Zirə”ni 1 xal qabaqlayır.