BolgeXeber.Com » Siyasət » Qaşıqçı cinayətinin sensasiyalı detalları ortaya çıxdı...

Qaşıqçı cinayətinin sensasiyalı detalları ortaya çıxdı...

29-10-2018, 13:09
Oxunub: 2 645 Qaşıqçı cinayətinin sensasiyalı detalları ortaya çıxdı...Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyə jurnalisti Camal Qaşıqçı Yəməndə Ər-Riyad tərəfindən kimyəvi silahdan istifadə üzrə sübutları tapmağa çalışırdı

Bolgexeber.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sunday Express” nəşri yazıb.

“Mən onunla ölümündən bir həftə əvvəl görüşdüm. O çox narahat idi. Ondan bunun səbəbini soruşdum, cavab verməyə həvəsli deyildi. Amma sonra mənə dedi ki, Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silahdan istifadə etdiyinə dair məlumatlar alıb. O ümid etdiyini dedi ki, sənədli sübutları alacaq”, - jurnalistin yaxın dostu nəşrə bildirib.

Eyni zamanda, kəşfiyyatdakı mənbənin sözlərinə görə, hadisədən təxminən 3 həftə əvvəl - sentyabrın birinci həftəsində kəşfiyyata məlum idi idi ki, “nəsə baş verir”.

“Bu detallar Qaşıqçının tutulması və onun dindirilməsi üçün Səudiyyə Ərəbistanına gətirilməsini özünə daxil edirdi”, - kəşfiyyatdakı mənbə qeyd edib.

Onun sözlərinə görə, əmrlər Krallığın bir üzvündə gəlirdi, amma vəliəhd şahzadə Məhəmməd bin Salman əmrlər haqqında birbaşa informasiyaya malik idi.

Başqa yüksək vəzifəli mənbə bildirib ki, Böyük Britaniya Mİ-6 (Military Intelligence, Section 6 - Hərbi Kəşfiyyat, 6-cı bölmə) kəşfiyyatı Səudiyyə Ərəbistanından olan həmkarlarına əməliyyatı ləğv etməyi məsləhət gördülər, amma onların tövsiyəsi rədd edilmişdi.

Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.