BolgeXeber.Com » İqtisadiyyat » Geniş seçim fürsətinin olduğu 27 noyabr hərracı: özəlləşməyə 195 dövlət əmlakı çıxarıldı

Geniş seçim fürsətinin olduğu 27 noyabr hərracı: özəlləşməyə 195 dövlət əmlakı çıxarıldı

29-10-2018, 15:03
Oxunub: 2 441 Geniş seçim fürsətinin olduğu 27 noyabr hərracı: özəlləşməyə 195 dövlət əmlakı çıxarıldıDövlət əmlaklarının özəlləşdirilməsi üzrə sadə prosedurlar hər bir investorun rahatlıqla hərraclarda iştirakına şərait yaradır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda bütün fiziki və hüquqi şəxslər məhdudiyyətsiz formada iştirak edə bilər. Elektron müstəviyə keçmiş prosesdə sifariş və iştirak üçün investorun olduğu məkandan uzaqlaşmağına ehtiyac qalmır. Belə ki, hər kəs dünyanın istənilən yerindən internet vasitəsilə hərraclara qoşula bilər.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi özəlləşdirməhərraclarından biri də 27 noyabrda keçiriləcək. Ayın son hərracında iştirak etmək istəyən şəxslərin 195 dövlət əmlakı üzrə seçim imkanları var. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m aralığındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Gəncə şəhəri, Kəpəz rayonundakı iki mərtəbəli istehsal sexinin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Uğurlu biznes üçün uyğun olan digər bir obyekt isə Goranboy rayonu, Şəfikürd kəndində yerləşən tikiş fabrikidir. Ümumi faydalı sahəsi 660.2 kv.m olan dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.Adıçəkilən obyektin fəaliyyətinin bərpası müvafiq sahə üzrə daxili tələbatın ödənilməsinəşərait yarada bilər.
Biznesə başlamaq istəyənlər üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 25-i Bakıda, qalanları isə digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirməyə çıxarılan bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11,9 kv.m ilə 213,7 kv.marasındadır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 101.5kv.m-dir. Belə obyektlərin özəlləşdirilməsi və sonrakı fəaliyyəti ilə investorlar xidmət sahəsində yüksək qazanc əldə edə bilər.
Özəlləşdirməyə açıq elan edilən səhmdar cəmiyyətlərikəndkimya, nəqliyyat, təmir, istehsal və digər sahələrə aiddir. Belə dövlət əmlakları paytaxtla yanaşı, Ağcabədi, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan nəqliyyat vasitələri isə MAN LİON, Nissan, QAZ və Tofaşmarkalarındandır. Bu avtomobillərin istehsal tarixləri 1983-2009-cu il intervalındadır.
İştirak etmək üçün elektron formada 2 sadə prosedur kifayət edir ki, müraciət edən sifarişçiyə çevrilsin.Belə ki, investor və vətəndaşlarÖzəlləşdirməportalında(privatization.az)seçim etdikdən sonra dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyərək hərracda iştirak hüququnu qazanır. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər hərracın gedişini canlı və onlayn formada izləyə bilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmə hərraclarında fəal iştirak etməyə dəvət edir.
Bolgexeber.com
Geniş seçim fürsətinin olduğu 27 noyabr hərracı: özəlləşməyə 195 dövlət əmlakı çıxarıldı