BolgeXeber.Com » Xəbərlər » Qadınları fahişəliyə məcbur edən azərbaycanlı müğənni azadlığa buraxıldı

Qadınları fahişəliyə məcbur edən azərbaycanlı müğənni azadlığa buraxıldı

29-10-2018, 15:33
Oxunub: 1 536 Qadınları fahişəliyə məcbur edən azərbaycanlı müğənni azadlığa buraxıldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqsirləndirilən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Bolgexeber.com report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində şərti cəza verilib. T.Muradova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, T.Muradova əvvəllər də qadın alverinə görə polis tərəfindən tutulub.