BolgeXeber.Com » Media » Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

29-10-2018, 16:35
Oxunub: 3 877 Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olunduDövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

Bolgexeber.com "Report"a istinadən məlumat verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.