BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev Şəkiyə üç milyon manat ayırıb

İlham Əliyev Şəkiyə üç milyon manat ayırıb

29-10-2018, 18:36
Oxunub: 1 465 İlham Əliyev Şəkiyə üç milyon manat ayırıbPrezident İlham Əliyev oktyabrın 29-da “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, Şəki şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.