BolgeXeber.Com » Sosial » Özünəməşğulluq proqramı ilə ayrılan yardımlar vətəndaşa niyə verilmir? - Nazirlikdən AÇIQLAMA

Özünəməşğulluq proqramı ilə ayrılan yardımlar vətəndaşa niyə verilmir? - Nazirlikdən AÇIQLAMA

30-10-2018, 09:39
Oxunub: 3 483 Özünəməşğulluq proqramı ilə ayrılan yardımlar vətəndaşa niyə verilmir? - Nazirlikdən AÇIQLAMABu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlrinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır

Bu istiqamətdə bir çox addımlar atılır, dövlət başçısı səviyəsində fərman və sərəncamlar imzalanır.

Amma bütün bunlara baxmayaraq, yerlərdə xüsusilə ucqar dağ rayonlarında bu proqram çox ləng icra olunur. Təlimlərə cəlb olunan insanların biznes planları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən təyin olunmuş mütəxəsislər tətəfindən bəyənilsə də, onlara veriləcək mal və materialların verilməsi gecikir və yaxud vətəndaş süründürməçiliyə salınır.

Modern.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı saytımıza açıqlamasında bildirib ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir:

“Proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əsasında icra olunmağa başlayıb. Ötən il proqramdan 1 281 nəfər iş tapmaqda çətinlik çəkən, sosial müdafiəyə xüsusi ehtiyacı olan ailə faydalanıb. Yanvarın 1-indən “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması ilə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsində mühüm rol oynayıb. Cari ildə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərə aktivlərin alınıb verilməsi prossesi 9 oktyabr 2018-ci il tarixindən başlanıb. Artıq 200 ailəyə mal və materiallar paylanıb. Hazırda proqram iştirakçılarına avtivlərin verilməsi prosesi davam etdirilir. 2018-ci il üçün özünüməşğulluq proqramına 7000 vətəndaşın cəlb edilməsi nəzərdə tutulub”.

Nazirlik rəsmisi yerlərdə özünəməşğulluq proqramının icrası ilə bağlı iddialarada münasibət bildirib:

“Bununla bağlı ləngimə yoxdur. 2018-ci il üçün özünüməşğulluq proqramına 7000 vətəndaşın cəlb edilməsi nəzərə alınaraq, həmin insanların mürrəkkəb seçim prosesi, aztəminatlı ailələrin proqramda iştirakının təmin edilməsi, bir aylıq təlim prosesi, biznes planların qiymətləndirilməsi, proqrama qoşulanlar üçün aktivlərin alınıb verilməsi bilavasitə həmin prosesin uzunmüddətli olması ilə nəticələnib”.