BolgeXeber.Com » Xəbərlər » Dənizə düşən sərnişin təyyarəsində sağ qalan olmayıb - VİDEO

Dənizə düşən sərnişin təyyarəsində sağ qalan olmayıb - VİDEO

30-10-2018, 11:28
Oxunub: 2 073 Dənizə düşən sərnişin təyyarəsində sağ qalan olmayıb - VİDEOİndoneziyanın Yava adası sahillərində dənizə düşən "Boeing 737" tipli sərnişin təyyarəsində sağ qalan aşkar olunmayıb

Bolgexeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi Bambanq Surio Aciyə istinadən "The Straits Times" qəzeti məlumat yayıb.
Onun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatları zamanı ölənlərin bədənlərinin hissələri aşkar edilib, lakin "sağ qalan yoxdur". O əlavə edib ki, axtarış sahəsi 150 kvadrat dəniz milinədək və 30-40 km dərinliyə qədər genişləndirilib.

Qeyd edək ki, bazar ertəsi səhər İndoneziyanın Yava adası sahillərində qəzaya uğramış "Lion Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində heyət üzvləri ilə birgə 189 nəfər olub.