BolgeXeber.Com » Siyasət » “Seçkilər ölkədə çox şeyi qısa vaxtda dəyişməyin vacibliyini göstərdi” - Baş nazir

“Seçkilər ölkədə çox şeyi qısa vaxtda dəyişməyin vacibliyini göstərdi” - Baş nazir

30-10-2018, 11:31
Oxunub: 2 975 “Seçkilər ölkədə çox şeyi qısa vaxtda dəyişməyin vacibliyini göstərdi” - Baş nazir“Gürcüstan cəmiyyətindən səhvlərimiz və insanları narahat edən problemlərlə bağlı dəqiq mesaj aldıq

Bu seçkilər göstərdi ki, ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır”.

Bolgexeber.com “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze oktyabrın 28-də keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.

M.Baxtadze prezident seçkilərinin ikinci turunda bütün tərəfdarların maksimal səfərbərliyinin təmin olunacağını bildirib.

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.

Hər iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. Seçkilərin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.