loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Məgər kişi kişidən borcunu istəyəndə öldürülməlidir?!” - İlyas İsmayılov

“Məgər kişi kişidən borcunu istəyəndə öldürülməlidir?!” - İlyas İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun dəfn olunmasından 40 gün keçir

Bu ilin 19 sentyabrında Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən Etimad İsmayılov sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn edilib.


Mərhumun atası İlyas İsmayılov Modern.az-a açıqlamasında deyib ki, cinayəti törədənin işini Türkiyənin hüquq-mühafizə orqanları araşdırır:


“Tam olaraq işin içində deyiləm. Amma bilirəm ki, iş Türkiyədə araşdırılır. Ətraflı olaraq proseslərin məzmunundan xəbərim yoxdur. Təkcə Etimadın atası kimi yox, həm də vicdanlı vətəndaş kimi demək istəyirəm ki, Etimad qatilə borclu olmayıb. Əksinə, dəfələrlə qarşı tərəfə borcunun geri qaytarılması üçün müraciət edib. Məgər kişi kişidən borcunu istəyəndə qarşılıq olaraq onu öldürməlidir?! Bunu heç cür qəbul edə bilmirəm”.


İlyas İsmayılov 40 gün ərzində oğul itkisinin acısına alışa bilmədiyini də söyləyib.


“Əhvalımı soruşursunuz. Necə rahat və əminliklə deyim ki, “yaxşıyam”. Heç kəsə gözünün qabağında övlad itkisini görməyi arzulamıram. Ağırdır... Çox ağırdır... Etimadın qətlindən sonra heç nəyə ürəkdən sevinə bilmirəm. Biz ictimai insanlarıq. Göz önündəyik. Elə bilirlər ki, itkini də tez unuduruq. Bilin ki, heç nə göründüyü kimi deyil. İnsanları nələrə görəsə ittiham etməyin!”.


Hadisə ilə bağlı istintaq davam etdirilir.

İş adamı Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov həbs edilib.

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.
Bölmə: Müsahibə-Reportaj | 30 oktyabr 2018 11:34 | Baxış sayı: 63





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: